Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan bayrağı – fəxrimizdir, qürurumuzdur

5/5

  •         Bu
    gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız ilk
    dəfə 103 il öncə, 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti
    Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır. Lakin
    Milli bayrağımız qəbul edilən zaman və ondan sonrakı dövrlərdə çoxsaylı təzyiqlərə
    məruz qalmış, bəzi hallarda ya yasaq edilmiş, ya da məhdudlaşdırılmışdır.

        Azərbaycan
    Xalq Cümhuriyyəti Nazirlər Şurasının 9 noyabr 1918- ci il tarixli qərarı ilə qəbul
    edilmiş Dövlət Bayrağındakı mavi rəng türk xalqına, qırmızı rəng azadlıq,
    demokratiya və insan hüquqları, yaşıl rəng isə islam sivilizasiyasına məxsusluğun
    mənalarını daşıyır. Səkkizguşəli ulduz türk xalqlarının 8 müxtəlif qolunun rəmzi,
    əksidir. Aypara isə türklərdə ləyaqət, islamda mərhəmət, çağdaşlarda isə millətin
    dövlətə sədaqəti rəmzidir.

        Azərbaycan Xalq Cümhuriyyəti işğal edildikdən
    sonra üçrəngli bayrağımızın qaldırılması qadağan edilmişdir. Lakin Azərbaycan
    Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra yenidən üçrəngli bayrağımız
    Dövlət binalarında dalğalandı.

       Azərbaycan müstəqillik əldə etməsindən xeyli
    əvvəl, 1990-cı il noyabrın 17-də qədim Azərbaycan diyarı Naxçıvanda XX əsrin
    böyük siyasətçisi və dövlət xadimi Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə
    Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi  qəbul edilərək yüksəklərə qaldırıldı.

        2007-ci il noyabrın 17-də Prezidentimiz İlham
    Əliyevin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı
    meydanının yaradılması haqqında” sərəncamı oldu. Bu sərəncam Azərbaycan vətəndaşlarının
    ürəyindən xəbər verdi.

         İndi Azərbaycan Xalqı hər il Bayraq Gününü
    bayram olaraq qeyd edir.

        Doxsanıncı
    illərdə Azərbaycan ərazilərinin bir hissəsi işğala məruz qalmışdır. Həmin ərazilərdə
    üçrəngli bayrağımız dalğalanmırdı.

        Prezidentimiz İlham Əliyevin komandanlığı
    altında Şanlı Ordumuz 2020-ci il
    sentyabrın 27-də “Dəmir yumruq” əməliyyatı keçirdi. Məhz həmin əməliyyat nəticəsində
    ərazi bütövlüyümüz bərpa olundu. İndi Respublikamızın hər yerində, yüksəkliklərdə Azərbaycanın üçrəngli
    bayrağı dalğalanır.

        Yaşasın
    Azərbaycan Xalqı! Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!

    Məqaləni hazırladı: Füzuli Süleymanov,Xocalı rayonundan məcburi köçkün 

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib50 dəfə
    Azərbaycan bayrağı fəxrimizdir qürurumuzdur

    Maraqlı gələ bilər
    9
    48
    38
    39
    81